Directory · AZ
Fisheries in Azerbaijan
A register of firms and the professionals working at them in the Fisheries sector based in Azerbaijan. Browse the public index, then filter or export on Kipplo.
Companies
2 on file
Azerbaijan Fish Farm
Azerbaijan Fish Farm” MMC Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisidir. Onun layihələri ölkəmizin balıqçılıq irsinin dirçəldilməsinə və yeni təsərüfatların yaradılmasına yönəldilib. Biz Azərbaycan ərazisində nərə balığının növlərinin, forelin yetişdirilməsi, eləcə də, nərə balığı kürüsü istehsalı üçün müasir texnologiyalarda bir yenilikçisiyik. Bütün məhsullar ətraf mühitə qayğı və beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal olunur. Şirkət aşağdaki genişmiqyaslı istehsal layihələrini özündə ehtiva edir: Neftçala rayonunun Yenikənd qəsəbəsində nərəkimilərin yetişdirilməsi ferması və Xəzər sahilində bu müəssisəyə inteqrasiya olunmuş istehsal təsərrüfatı. Məhz burada Bankə qəsəbəsində 1954-cü ildə Azərbaycanda ilk təcrübi nərə balığı yetişdirmə zavodu tikilib. Şirkət ən son müasir texnologiyadan istifadə edərək bu zavodu təkmilləşdirib və modernləşdirib Zaqatala, Qəbələ və Mingəçevir rayonlarında forel və Xəzər qızılbalığı yetişdirilməsi üzrə yetişdirmə təsərrüfatları Nərə balığı, sevruga və ağ balıq kimi balıq növlərindən “BakuCaviar” brendi adı altında qara kürü istehsalı və satışı. Bu brend ölkəmizə beynəlxalq aləmdə qara kürünün vətəni şöhrətini qaytarmışdır. BakuCaviarBoutique-ən yaxşı kürü və balıq delikateslərinin satışı “XəzərinSahilində” brendi adı altında balıq məhsullarının istehsalı və satışı; Şirkətin əsas prioriteti Xəzər dənizinin qiymətli balıq növlərinin populyasiyasının qorunub saxlanılması və bərpasıdır. Şirkət Azərbaycan iqtisadiyyatının balıqçılıq seqmentində balıq istehsalı və emalı sahəsində yeni beynəlxalq standartlar tətbiq edərək, yüksək keyfiyyətli geniş çeşiddə və hər kəs üçün əlçatan məhsul istehsal edərək ölkəmiz üçün bu vacib sənayenin inkişafını sürətləndirməkdədir. Yuxarıda qeyd edilənlərin hamısı həmçinin yüksək keyfiyyətli və qüsursuz xidmət, hər zaman təzə balıq, zərif qara kürü və müstəsna qastronomiyanın etibarlı tədarükçüsü olan #AzerbaijanFishFarm Azərbaycanda öz sahəsinin ən yaxşısı olduğunu daim təsdiqləyir.
501 to 1000 staff
Azerbaijan Fish Company Llc
Balıq Məhsullarının istehsalı
11 to 50 staff